http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Quru Qoşunlarında səmti müəyyənetmə yarışı keçirilib

12 Avqust 2023 , 11:23
Quru Qoşunlarında səmti müəyyənetmə yarışı keçirilib

Quru Qoşunlarının 2023-cü tədris ilinin hazırlıq planına əsasən hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, yarışlara cəlb edilən komandalar kompas və xəritədən istifadə etməklə ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayıblar. Təyin olunmuş məsafə və vaxt ərzində nəzarət nöqtələrinin müəyyənləşdirilməsi, xəritə üzərində hədəflərin aşkar edilməsi üzrə tapşırıqların icrası zamanı iştirakçılar fəallıq göstəriblər. Həmçinin hərbi qulluqçular fərdi birincilik uğrunda da mübarizə aparıblar.

Sonda Quru Qoşunlarının hakimlər komissiyasının üzvləri yarışın yekun nəticələrinə əsasən qalibləri müəyyən ediblər.

Hakimlərin qərarına əsasən "Hadrut" yığma komandası qalib gələrək yarışın kubokunu qazanıb. "Bakı" və "Kəlbəcər" komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Qaliblər fəxri fərman, kubok və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, 8 komanda üzrə 32 hərbi qulluqçunun iştirak etdiyi yarışda fərdi olaraq ən yaxşı nəticə əldə etmiş iştiakçılar Azərbaycan Ordusunda keçiriləcək səmti müəyyənetmə birinciliyində Quru Qoşunlarını təmsil edəcəklər.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib

Baş Qərargah rəisi İtaliyada NATO Müdafiə Kollecini ziyarət edib

Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB

Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
  • 18:54

    Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı
  • 18:50

    İsrail ordusu Livanın paytaxtına zərbə endirib - YENİLƏNİB
  • 18:24

    143 milyonluq mənimsəmə ilə bağlı ekspertiza keçiriləcək
  • 18:20

    Sentyabr ayının pensiya ödənişi yekunlaşıb
  • 18:07

    ABŞ səfiri: Azərbaycan və ABŞ arasında “yaşıl enerji” sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var
Menyu