14 Avqust 2023, 19:08
Müdafiə Nazirliyi: "Qanunsuz erməni silahlı birləşmələri yeni təxribatlara hazırlaşır"
Müdafiə Nazirliyi: "Qanunsuz erməni silahlı birləşmələri yeni təxribatlara hazırlaşır" şəkil
Müdafiə Nazirliyi: "Qanunsuz erməni silahlı birləşmələri yeni təxribatlara hazırlaşır"

Qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərində yeni təxribatlara hazırlaşır.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Vurğulanır ki, qanunsuz hərbi birləşmələrin üzvlərinin Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrini yerləşdirməsi, mülki əhalinin kütləvi şəkildə silahlandırması faktları da məlum olub. Planlaşdırılmış şəkildə atəş mövqeləri bir çox hallarda yaşayış evlərinin yaxınlığında yerləşdirilir.

"Qeyd olunan fəaliyyətlərin dayandırılması barədə Azərbaycan tərəfinin tələblərinin dəfələrlə Rusiya sülhməramlı kontingenti vasitəsilə Ermənistan tərəfinə bildirilməsinə baxmayaraq, qeyri-qanuni erməni silahlı birləşmələrinin daha da aktivləşməsi və Azərbaycan ərazilərində intensiv döyüş hazırlığı tədbirlərini həyata keçirməklə yeni təxribatlara hazırlıq işlərini görməsi müşahidə olunur. Bu kimi qanunsuz və təhrikçi fəaliyyətlərin bölgədə gərginliyin artmasına səbəb olduğunu nəzərə alaraq bildiririk ki, baş verə biləcək istənilən hadisələrə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - məlumatda qeyd olunur.

Son xəbərlər
Putin Əhməd əl-Şaraa ilə telefonla danışıb
UEFA Azərbaycan klublarına ödəniş etdi
Bakıda bəzi yollarda sıxlıq var
Azərbaycan millisi (U-17) yoxlama oyununda qalib gəldi
Əfv Komissiyasının iclası keçirilib - YENİLƏNİB
Üç müntəzəm avtobus marşrutu üzrə müsabiqənin qalibləri müəyyən edilib
Sosial sığorta ödəmələri 11,6 faiz artıb
Azərbaycanda palçıq vulkanları - xüsusiyyətləri, ekoloji əhəmiyyəti - ARAŞDIRMA