http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Kamran Əliyev Kəlbəcər və Laçına səfər edib

17 Avqust 2023 , 12:03
Kamran Əliyev Kəlbəcər və Laçına səfər edib

Avqustun 16-da Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Kəlbəcər və Laçın rayonlarında səfərdə olub.

Baş Prokurorluğun mətbuat xidmətindən "Opeativ Media"ya verilən məlumata görə, səfərdə nümayəndə heyətini Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov və Müdafiə Nazirinin müavini  - Quru Qoşunlarının komandanı Ənvər Əfəndiyev müşayiət edib.

Səfər çərçivəsində nümayəndə heyəti Kəlbəcər rayon, Kəlbəcər və Laçın hərbi prokurorluqlarının  əməkdaşları ilə görüşlər keçirib, onların iş şəraiti ilə yaxından tanış olub.

Görüşlərdə çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin prokurorluq orqanlarının inkişafına daim diqqət göstərdiyini vurğulamaqla, işğaldan azad edilmiş rayonlarda xidmət edən prokurorluq əməkdaşlarının fəaliyyətinin daha səmərəli və peşəkar təşkil edilməsi üçün maddi-texniki təminat və təchizatın günbəgün daha da yaxşılaşdırıldığını bildirib, onlara tapşırıq və tövsiyələrini verib.

Həmçinin, səfər çərçivəsində Baş Prokurorun rəhbərliyi ilə nümayəndə heyəti Kəlbəcər və Laçın rayonlarında yerləşən hərbi hissələrdə hərbçilərlə görüşüb, onların xidmət və məişət şəraiti ilə maraqlanıb.

Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilmiş hərbi-siyasi zəfərin əhəmiyyətindən bəhs edib.

Daha sonra xidmətdə fərqlənən hərbi qulluqçulara Baş Prokuror tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Bundan başqa, səfər zamanı Baş prokuror və nümayəndə heyəti Kəlbəcər və Laçın rayonlarında həyata keçirilən infrastruktur layihələr, tikinti və quruculuq işləri ilə yaxından tanış olublar.

OXŞAR XƏBƏRLƏR
“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident Qarabağ Universitetinin tələbə yataqxanasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərini təbrik edib

XƏBƏR LENTİ
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
  • 20:34

    Şolts Baydenin aqibəti ilə üzləşə bilər
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
  • 20:01

    İsrail ordusu Beyrutda Hizbullah komandiri Aqilin öldürüldüyünü təsdiqləyib
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:23

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
Menyu