Ermənistan ordusunun növbəti təxribat fəaliyyətinin qarşısı alınıb
Nərmin Qocamanlı
Avqustun 26-sı saat 13:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri təxribat törətmək məqsədilə Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında əlverişli mövqelər tutmağa cəhd göstəriblər.
Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində təxribat törətmək istəyən qarşı tərəfin fəaliyyəti dərhal dayandırılıb.
Teqlər:
"Erm\u0259nistan ordusunun n\u00f6vb\u0259ti t\u0259xribat f\u0259aliyy\u0259tinin qar\u015f\u0131s\u0131 al\u0131n\u0131b"