http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 28 ° C

Kərim Vəliyev: "Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir"

30 Avqust 2023 , 19:42
Kərim Vəliyev: "Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir"

Bu gün Azərbaycan ilə Türkiyə arasında münasibətlər ən yüksək səviyyədədir. Əlaqələrin bu səviyyəyə çatmasında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müstəsna rolu var.

"Operativ Media" xəbər verir ki, bu fikirləri müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev avqustun 30-da Türkiyənin Zəfər bayramı münasibətilə keçirilən tədbirdə deyib.

Türkiyənin Zəfər bayramının qardaş ölkənin zəngin tarixinin ən şərəfli səhifələrindən biri olduğunu qeyd edən Kərim Vəliyev ölkələrimiz arasında dostluq əlaqələrinin daha da genişlənməsinin əhəmiyyətini qeyd edib. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşdırılması istiqamətində zəruri addımlar atıldığını diqqətə çatdıran general-polkovnik deyib: “Azərbaycan və Türkiyə orduları arasında əməkdaşlıq birliyimizi möhkəmləndirir, bölgədə sabitliyin qorunmasına və xalqlarımızın rifahının daha da yüksəldilməsinə xidmət edir. Əminəm ki, iki qardaş ölkənin orduları arasında əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcək".//AZƏRTAC//

OXŞAR XƏBƏRLƏR
Türkiyə silahlı qüvvələri 3 terrorçunu zərərsizləşdirib

Türkiyə silahlı qüvvələri 3 terrorçunu zərərsizləşdirib

Müdafiə Nazirliyi həftəlik icmal təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmal təqdim etdi - VİDEO

Ermənistan hərbi hava qüvvələrinin modernləşdirilməsi ilə bağlı Hindistana müraciət edib

Ermənistan hərbi hava qüvvələrinin modernləşdirilməsi ilə bağlı Hindistana müraciət edib

XƏBƏR LENTİ
  • 15:25

    "Liverpul"un sabiq futbolçusu Yunanıstan klubuna keçdi
  • 15:04

    Bakı hava limanı Karbon Akkreditasiyası proqramı çərçivəsində 2-ci səviyyəyə nail olub
  • 15:00

    “Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?
  • 14:52

    Qəzzada son sutkada 20 nəfər həlak olub
  • 14:46

    ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
  • 14:43

    Paşinyan Gürcüstanın Baş naziri ilə görüşüb
  • 14:34

    "Real Madrid" "Liverpul"un müdafiəçisi ilə anlaşıb
  • 14:34

    Azərbaycan və Türkiyə enerji əməkdaşlığı gündəliyindəki məsələləri müzakirə edib
Menyu