Menyu

Müdafiə Nazirliyi: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"

Redaksiya
Müdafiə Nazirliyi: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"
1 dəq oxu

Avqustun 30-u saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə "Operativ Media"ya Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər