"Səudiyyə Ərəbistanı klubları heç vaxt Çempionlar Liqası və başqa Avrokuboklarda iştirak etməyəcək"
"Operativ Media" xəbər verir ki, bunu UEFA prezidenti Aleksandr Ceferin jurnalistlərin suallarını cavablayarkən bildirib.
"Bir mətbuat orqanı bizdən soruşmadan Səudiyyə Ərəbistanı klublarının avrokuboklarda iştirak edəcəyini yazıb. Çempionlar Liqası, Avropa Liqası və ya Avropa Konfrans Liqasında yalnız Avropa klubları iştirak edə bilər".






