İspaniyanın hökumət yanında fəaliyyət göstərən zorakılığa qarşı mübarizə komissiyası “Barselona”nın hücumçusu Markus Reşforda qarşı irqi təhqirlərə yol verdiyi üçün “Oviedo” azarkeşinin 4000 avro məbləğində cərimələnməsini tövsiyə edib.
Operativ Media xəbər verir ki, bu haqda ESPN məlumat yayıb.
İspaniya çempionatı çərçivəsində keçirilən “Oviedo” – “Barselona” (1:3) oyununda stadiondan ispanca irqi təhqirlər səsləndiyi eşidilib.
Komissiyanın açıqlamasında bildirilib: “Müşahidə kameralarının videogörüntülərinin təhlili nəticəsində ehtimal edilən qayda pozucusunun şəxsiyyəti müəyyən edilib. Bu təklifin icrası cinayət işi üzrə qəbul ediləcək yekun qərarlardan asılı olacaq”.
28 yaşlı ingilis futbolçu Markus Reşford 2025/26 mövsümündə bütün turnirlərdə keçirdiyi 13 oyunda 5 qol vurub və 7 məhsuldar ötürmə edib.






