Menyu

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub
1 dəq oxu

Avqustun 31-i saat 20:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Qafan rayonu istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə "Operativ Media"ya Azərbaycan Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", məlumatda qeyd edilib.

Əlaqəli Xəbərlər