Sentyabrın 1-i səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlar, minaatanlar, artilleriya qurğuları və zərbə PUA-larından atəşə tutmaqla bölgədə vəziyyəti gərginləşdirir.
"Operativ Media" xəbər verir ki. bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Bundan başqa, Ermənistan tərəfi Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə əlavə döyüş texnikası və canlı qüvvə cəmləşdirir.
Ermənistan tərəfi növbəti təxribatlar üçün zəmin yaratmaq məqsədilə dezinformasiya xarakterli məlumatlar yayır və beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır.
Bildiririk ki, yaranmış gərginliyə və onun fəsadlarına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
Son xəbərlər
İlham Əliyev: Azərbaycan Suriyaya keçid dövründə dəstək göstərməyə hazırdır
Azərbaycan Hərbi Hava Qüvvələrinin yaranmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib
Fidan: Qəzzada atəşkəsin davamlı olması şərtdir
Azərbaycan Prezidenti Əhməd əl-Şaraanı təbrik edib
Bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
Çin səfirliyinə basqın etməyə cəhd edən şəxs saxlanılıb
"Neftçi" - "Qarabağ" matçına satılan bilet sayı açıqlandı