Menyu

Qeyri-qanuni erməni silahlı dəstələri Xocavənd istiqamətində yeni səngər yolları qazmağa cəhd göstəriblər

Nərmin Qocamanlı
Qeyri-qanuni erməni silahlı dəstələri Xocavənd istiqamətində yeni səngər yolları qazmağa cəhd göstəriblər

Sentyabrın 4-ü saat 11:20-də Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Havuş yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri Ermənistan silahlı qüvvələrinin üzbəüz istiqamətdə yerləşən bölmələri tərəfindən atıcı silahlardan atəşə tutulub.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan qazıntı işləri dərhal dayandırılıb.

Teqlər:

"Qeyri-qanuni erm\u0259ni silahl\u0131 d\u0259st\u0259l\u0259ri Xocav\u0259nd istiqam\u0259tind\u0259 yeni s\u0259ng\u0259r yollar\u0131 qazma\u011fa c\u0259hd g\u00f6st\u0259ribl\u0259r"

Əlaqəli Xəbərlər