http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 28 ° C

Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti Gürcüstanda səfərdə olub

06 Sentyabr 2023 , 10:11
Müdafiə Nazirliyinin bir qrup nümayəndə heyəti Gürcüstanda səfərdə olub

2023-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin bir qrup hərbi qulluqçusu Gürcüstana səfər edib.
Nümayəndə heyəti əvvəlcə Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.
Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, sonra Qəhrəmanlar meydanındakı Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş vətəndaşların xatirəsinə ucaldılmış memorial ziyarət olunub.

Səfər çərçivəsində Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi polkovnik-leytenant Elgün Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi polkovnik Kaxa Petriaşvili ilə görüşüb.

Görüşdə hərbi polis orqanlarının fəaliyyətinin təşkili, təhlükəsizlik, mövcud əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Türkiyə silahlı qüvvələri 3 terrorçunu zərərsizləşdirib

Türkiyə silahlı qüvvələri 3 terrorçunu zərərsizləşdirib

Müdafiə Nazirliyi həftəlik icmal təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi həftəlik icmal təqdim etdi - VİDEO

Ermənistan hərbi hava qüvvələrinin modernləşdirilməsi ilə bağlı Hindistana müraciət edib

Ermənistan hərbi hava qüvvələrinin modernləşdirilməsi ilə bağlı Hindistana müraciət edib

XƏBƏR LENTİ
  • 15:44

    Azərbaycan – Pakistan işçi qrupunun növbəti iclası keçirilib
  • 15:39

    Rəşad Nəbiyev “Dubai Port World” şirkətinin baş icraçı direktoru ilə görüşüb
  • 15:35

    “Aqroservis” ASC-nin İdarə Heyətinin sədri Cəlilabadda vətəndaşları qəbul edəcək
  • 15:25

    "Liverpul"un sabiq futbolçusu Yunanıstan klubuna keçdi
  • 15:04

    Bakı hava limanı Karbon Akkreditasiyası proqramı çərçivəsində 2-ci səviyyəyə nail olub
  • 15:00

    “Dövlət satınalmaları haqqında” qanun sahibkara nə vəd edir?
  • 14:52

    Qəzzada son sutkada 20 nəfər həlak olub
  • 14:46

    ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçib
Menyu