Menyu

Laçın rayonu istiqamətində yerləşən mövqelərimiz atəşə tutulub

Laçın rayonu istiqamətində yerləşən mövqelərimiz atəşə tutulub
1 dəq oxu

Sentyabrın 6-sı saat 19:50-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Əlaqəli Xəbərlər