Menyu

Ermənistan sərhədə niyə hərbi texnika toplayır?

Redaksiya
Ermənistan sərhədə niyə hərbi texnika toplayır?

Ermənistan Azərbaycana qarşı təxribata hazırlaşır. Bu faktı təsdiq edən görüntülər sosial şəbəkələrdə yer alıb.

“Operativ Media” xəbər verir ki, görüntülərdə Ermənistan hərbi texnikasının aktiv hərəkəti aydın nəzərə çarpır. Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, son günlər Ermənistanın mövqelərimizi atəşə tutması və qeyri qanuni silahlıların fəallaşması onların geniş təxribata hazırlığından xəbər verir. 

“Ermənistan tərəfi daha genişmiqyaslı təxribatlar törətmək üçün hazırlıqlarını tamamlayıb. Yaxın perspektivdə geniş miqyaslı təxribatların həm sülhməramlıların müvəqqəti məsuliyyət zonasında, həm də şərti sərhəddə törədəcəklərinə dair ehtimallar irəli sürə bilərik. Təhdid törədə biləcək istiqamətlər üzrə qoşunlarımız hazırlıqlarını tamamlayıb və düşmən təxribatlarına çox sərt bir şəkildə cavab verməyə hazırdır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər