Menyu

Ermənilər Şuşa istiqamətində uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərib

Ermənilər Şuşa istiqamətində uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərib
1 dəq oxu

Sentyabrın 8-i saat 19:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Əlaqəli Xəbərlər