Menyu

Nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçularımız həlak olub

Nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçularımız həlak olub
1 dəq oxu

Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olan hərbi qulluqçuların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər