Zəngəzur dəhlizi Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq – Türkiyəli nazir

admin
Zəngəzur dəhlizi Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq – Türkiyəli nazir

Zəngəzur dəhlizi Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaq. Onun fəaliyyətə başlaması ilə Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq ki, bu da Pekindən Londona qədər uzanan Şərq-Qərb ticarətinin artmasına müsbət töhfə verəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə TurkicWorld-ə müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib.

O qeyd edib ki, Orta Dəhlizin səmərəliliyinin artması ilə həm Azərbaycanla Xəzər dənizində işlənə biləcək layihələr, həm də Naxçıvan və Rusiya ilə nəqliyyat və enerji sahəsində əldə edilə biləcək əməkdaşlıqlarla Türkiyənin regionda strateji mövqeyinin əhəmiyyəti artacaq.

“Zəngəzur dəhlizinin Mərkəzi Asiya, Xəzər regionu, Azərbaycan və Ermənistanı Türkiyə ilə birləşdirən sosial-iqtisadi, geosiyasi və geostrateji xüsusiyyətlərə malik olması və Rusiya, Azərbaycan, Türkiyə və Ermənistan arasında dəmir yolu şəbəkəsinin genişləndirilməsi regional ticarətə müsbət təsir göstərəcək.

Regionda artacaq yükdaşımaların Türkiyənin Qafqaz sərhədindəki əyalətlərinin iqtisadi cəhətdən güclənməsinə, eləcə də, logistika sektorunda çalışan şirkətlərin sayının artmasına müsbət təsir göstərəcəyi gözlənilir”, – deyə nazir bildirib.

Digər xəbərlər