Oktyabrın 25-də axşam saatlarında Binəqədi rayonunda naməlum şəxslər 26 yaşlı paytaxt sakinini kəsici alətlə hədələyərək onun 1480 manatını ələ keçiriblər.
Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən 4 nəfər- Ə.Məlikov, M.Mustafayev, A.Məmmədov və A.Məmmədov müəyyən edilərək saxlanılıblar.
Araşdırma aparılır.






