AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun IV mərhələsinə (fitnes modul) start verilib.
Operativ Media xəbər verir ki, UEFA-dan dəvət olunan Fritz Şmid tərəfindən keçirilən kursda, həmçinin AFFA-nın təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimovda iştirak edirlər. Kursa oktyabrın 30-da yekun vurulacaq.






