Bütün qida məhsullarında bahalaşma müşahidə olunur - Ekspert

Nərmin Qocamanlı
Bütün qida məhsullarında bahalaşma müşahidə olunur - Ekspert

Bir neçə gündür ki istehlak bazarında alıcılar tərəvəzlərin bahalaşmasından şikayətlənirlər. Belə ki, ən çox artım pomidorun qiymətində müşahidə olunur. Alıcılar pomidorun ən aşağı qiymətinin 4-5 manatdan başladığını deyirlər. Payız fəslinin hələ təzə başlamasına baxmayaraq, tərəvəzlərin bu qiyməti əhalinin büdcəsi üçün yüksək hesab olunur.

İqtisadçı ekspert Emin Qəribli “Operativ Media”ya tərəvəzlərin, xüsusən pomidorun bahalaşmasının səbəbləri barədə danışıb.

Tikinti bazarında istehsalın sürətli artımı nədən xəbər verir? – ekspert  rəyi - 23.08.2021, Sputnik Azərbaycan

O bildirib ki, pomidor yay dövründən avqust-sentyabr ayına qədər parnikdə deyil, təbii şəraitdə yetişdirilirdi ki, həmin məhsullar artıq ya satılıb, ya da ixrac edilib.

“Mövsüm qurtardığına görə təbii şəraitdə yetişdirilən pomidorlar istehlak olunub və fəsil ilə əlaqədar qiymətlər artmağa başlayıb. Burada hava şəraitinin də müəyyən rolu var, çünki sentyabrın əvvəlində yağışların çox yağması məhsullara  ziyan vurub”.

Ekspert bildirib ki, ötən illərə nisbətən meyvə-tərəvəz və digər qida məhsullarının qiymətində bahalaşma var:

“Keçən il və digər illərlə nisbətdə bütün məhsullarda qiymətlər artımı müşahidə olunur ki, bu da  dünyada gedən proseslərlə, inflyasiya ilə əlaqədardır. Ölkəmizdə də qida məhsullarının qiymətlərində artımlar mövcuddur. Hətta təkcə qida məhsulları deyil, gübrə  və digər kənd təsərrüfatında istifadə olunan məhsulların qiymətində bahalaşma var və bu təbiidir”.

O, dünyanın bütün ölkələrində inflyasiyaya qarşı tədbirlər görüldüyünü də əlavə edib.


Sevinc İbrahimzadə

Digər xəbərlər