Tramp Yaponiyanın Amerikadan silah sifariş etdiyini açıqlayıb
Operativ Media
ABŞ Prezidenti Donald Tramp Tokionun ABŞ-dən böyük silah sifariş etdiyini açıqlayıb.
Operativ Media xəbər verir ki, O, bu barədə Yaponiyanın yeni Baş naziri Sanae Takaiçi ilə görüşün əvvəlində bildirib.
"Mən bilirəm ki, siz hərbi imkanlarınızı əhəmiyyətli dərəcədə artırırsınız və biz çox böyük miqdarda hərbi texnika üçün sifarişinizi almışıq. Və bilirsiniz ki, biz dünyanın ən yaxşı hərbi texnikasını - təyyarələri, raketləri və hər şeyi istehsal edirik", - Tramp deyib.