Xaçmazda yük avtomobili yanıb - Xəsarət alan var

admin
Xaçmazda yük avtomobili yanıb - Xəsarət alan var

Xaçmazda “Qazel” markalı yük avtomobili yanıb.

FHN-dən "Operativ Media" ya verilən xəbərər görə, hadisə rayonun Ərəb kəndində baş verib.

Belə ki, ümumi sahəsi 50 m² olan talvarın yanar konstruksiyaları, altına yığılan 12 ton ot bağlamasının 8 tonu, yaxınlıqda dayanan “Qazel” markalı yük avtomobilinin kabinəsi və qoşqusunun üzərinə çəkilən tent qismən yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Ot bağlamalarının, avtomobilin qalan hissəsi və yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər xəbərlər