"Dinamo Moskva"nın azərbaycanlı futbolçusu Ülvi Babayev Rusiyanın gənclər yığmasının genişləndirilmiş heyətinə çağırılıb.
Operativ Media xəbər verir ki, bu haqda Rusiya Futbol İttifaqının ( RFU ) mətbuat xidməti məlumat yayıb.
Qurum Rusiyanın gənclərdən ibarət milli komandasının Qırğızıstanda keçiriləcək yoldaşlıq turniri üçün genişləndirilmiş siyahısını dərc edib. Siyahıda 38 futbolçu yer alıb.
İvan Şabarovun komandası noyabrın 12, 15 və 18-də İran, Qırğızıstan və Bəhreyn komandaları ilə qarşılaşacaq.






