"Zirə"nin üzvü Mozambik millisinə çağırılıb

Operativ Media
"Zirə"nin üzvü Mozambik millisinə çağırılıb

“Zirə”nin futbolçusu Rikardo Martins yenidən Mozambik millisinə çağırılıb.

Operativ Media xəbər verir ki, Quima ləqəbli yarımmüdafiəçi Afrika Millətlər Kubokuna hazırlıq məqsədilə keçiriləcək təlim-məşq toplanışında iştirak edəcək.

Komanda noyabrın 14-də Mərakeş yığması ilə yoldaşlıq görüşündə üz-üzə gələcək. Baş məşqçi Şikinyo Kondi Aqadir şəhərində baş tutacaq qarşılaşmanın hazırlığına 40 oyunçu dəvət edib. 29 yaşlı Rikardo Martins də doğum günündə meydana çıxmaq imkanı əldə edə bilər.

Qeyd edək ki, Rikardo Martins bu ildən “Zirə”nin formasını geyinir.

Digər xəbərlər