Prezident İlham Əliyev həyata keçirdiyi işlərlə xalqımızın dərin hörmət və sevgisini qazanıb.
"Operativ Media" nın məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən xüsusi iclasında deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan misilsiz və qürurverici qələbələr əldə edib.
“Bütün bu nəailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət xətti dayanır. Bu dövr ərzində Azərbaycan iqtisadiyyat heyrətamiz inkişaf yolu keçib”, - deyə S.Qafarova əlavə edib.
S.Qafarova bildirib ki, son 20 il Azərbaycanın dövlətçilik tarixinə, dinamik və hərtərəfli dövrü kimi daxil olub. “Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Bütün sahələrdə sistemli islahatlar həyata keçirilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb”, - deyə S.Qafarova əlavə edib.






