Cəlilabadda 46 yaşlı kişini öldürən şəxs həbs olundu

admin
Cəlilabadda 46 yaşlı kişini öldürən şəxs həbs olundu

Oktyabrın 24-də 1977-ci il təvəllüdlü Xaqani Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Operativ Media" faktla bağlı Cəlilabad rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1998-ci il təvəllüdlü Böyükxan Muradlı  Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda ibtidai istintaq davam etdirilir.

Digər xəbərlər