"Qarabağ"ın rəqibi İngiltərə Liqa Kubokunda mübarizəni dayandırdı
Əziz Əzizli
İngiltərə Liqa Kubokunun 4-cü turunda “Liverpul” doğma meydanda “Kristal Pelas”la qarşılaşıb.
Operativ Media xəbər verir ki, “Enfild Roud” stadionunda keçirilən oyunu qonaq komanda 3:0 hesabı ilə qalib başa vuraraq adını növbəti mərhələyə yazdırıb.
“Kristal Pelas”a qələbə qazandıran qolları İsmaila Sarr (2) və Yeremi Pino vurublar. “Liverpul”un futbolçusu Amara Nallo 79-cu dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
SON 7 OYUNDA 6 MƏĞLUBİYYƏT
“Liverpul” Premyer Liqa, Çempionlar Liqası və İngiltərə Liqa Kuboku daxil olmaqla son 7 oyunun 6-da məğlub olub.