“Barselona” 2026-cı ilin yay transfer pəncərəsi üçün hücumçu mövqeyinə Viktor Osimheni transfer siyahısına əlavə edib.
Operativ Media xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Məlumata görə, Kataloniya təmsilçisi yayda polşalı hücumçu Levandovski ilə yollarını ayırmaq niyyətindədir. "Sarı-qırmızı" forma ilə 50 matçda 50 qola birbaşa töhfə verən nigeriyalı ulduz İspaniya nəhənginin diqqətini çəkməyi bacarıb.
Bu mövsüm "Qalatasaray"a transfer olunan 26 yaşlı ulduz oyunçu 9 matçda 547 dəqiqəyə 6 qol vurmağı bacarıb.
Qeyd edək ki, "Qalatasaray" Viktor Osimheni yayda "Napoli" klubundan 70 milyon avro müqabilində heyətinə qatıb.






