Moskvanın “Sadovod” bazarında baş verən yanğın nəticəsində bir nəfər xəsarət alıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya Fövqaladə Hallar Nazirliyi məlumat yayıb.
Moskvanın ən böyük bazarında yanğınla bağlı insanlar təxliyə edilir.
***
13:38
Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində məşhur “Sadovod” bazarında yanğın başlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə məlumatı TASS yayıb.
Hazırda yanğının əhatə etdiyi ərazi ilə bağlı məlumat dəqiqləşdirilir.
Xatırladaq ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” azərbaycanlı iş adamı Qod Nisanov və Zarah İliyevin “Kievskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir və 9500 mağazanı əhatə edir.