ABŞ prezidenti Donald Tramp yaxın iki gün ərzində rusiyalı həmkarı Vladimir Putinlə görüşüb-görüşməyəcəyinə dair qərar verəcəyini bildirib.
Operativ Media-nın məlumatına görə, bu barədə Amerika lideri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
O, hələlik yekun qərarın verilmədiyini vurğulayaraq, "vaxt itirmək" istəmədiyini qeyd edib.
"Mən Putinlə görüşün vaxt itkisi olacağını deməmişəm. Bu cəbhədə çox şey var. Yaxın iki gün ərzində sizi xəbərdar edəcəyik", - ABŞ prezidenti əlavə edib.