Ötən gün "Mersedes" markalı 99-MZ-669 nömrə nişanlı avtomobilin sürücüsünün nəqliyyat vasitəsini yüksək sürətlə və təhlükəli formada idarə etməsinə dair sosial şəbəkələrdə yayılmış görüntü əsasında araşdırma aparılmış, araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü V.Babayevin avtomobili Ələt-Astara yolunun 25-30-cu km-də yüksək sürətlə idərə edərkən manevretmə qaydasını pozması faktı müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb olunmuşdur.
"Operativ Media" xəbər verir ki, eyni zamanda araşdırma zamanı çəkiliş aparan avtomobilin sürücüsünün də qeyd olunan yol sahəsində yol hərəkəti qaydasını pozduğu aşkar olunmuş və onun barəsində də inzibati tənbeh tədbiri görülmüşdür.
BDYPİ-dən bildirilib ki, bir daha bütün sürücülərin diqqətinə çatdırmaq istərdik ki, yol hərəkəti qaydalarına ciddi əməl etsinlər, xüsusilə ağır qəzaların baş verməsinin əsas səbəblərindən hesab olunan sükan arxasında telefondan istifadə və sürət həddinin aşılması kimi qayda pozuntularına yol verməsinlər.
YouTube video






