İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin BYD şirkətinin Mərkəzi Asiya ölkələri üzrə icraçı direktorunun müavini İvan Sao ilə görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşıb.
Görüşdə şirkətin Azərbaycanla əməkdaşlığının istiqamətləri, birgə layihələrin reallaşdırılması və ekoloji baxımdan əlverişli olan texnologiyaların tətbiqinin perspektivləri barədə fikir mübadiləsi aparılıb.
During the meeting with Ivan Cao, the Deputy General Director of BYD Central Asia (@BYDCompany), our discussions focused on the directions of the collaboration between our country and the company, realization of joint projects and opportunities for implementing environmentally… pic.twitter.com/QAOqcMmwbE
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 20, 2024






