Anar Quliyev Yevlaxda qəbul keçirib

Nərmin Qocamanlı
Anar Quliyev Yevlaxda qəbul keçirib

 

AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu Yevlax şəhərində keçirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Komitə məlumat yayıb.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb. 22 fevral 2024-cü il tarixində keçirilən görüşdə Komitə sədri Mingəçevir, Naftalan şəhərləri və Yevlax, Goranboy, Xocalı rayon sakinlərinin əsasən tikintiyə və istismara icazə, torpaq münasibətləri ilə bağlı suallarını cavablandırıb. Komitənin fəaliyyət istiqamətinə dair digər müraciətlərin hərtərəfli araşdırılması və qanunvericilik çərçivəsində həlli üçün müvafiq tapşırıqlar verilib.

Şəkil Qalereyası

Anar Quliyev Yevlaxda qəbul keçirib - Şəkil 1
Anar Quliyev Yevlaxda qəbul keçirib - Şəkil 2
Anar Quliyev Yevlaxda qəbul keçirib - Şəkil 3

Digər xəbərlər