Sahibkar Bəhruz Mustafa Göygöldə icra olunacaq südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 200 min manat güzəştli kredit əldə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" hesabında paylaşıb.
Biznes təmsilçilərinin bu sahəyə marağı regionlarda məşğulluğun təminatı və ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi baxımından da əhəmiyyətlidir.






