Ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq - "Azəriqaz"

admin
Ödəniş sisteminin fəaliyyətində müvəqqəti fasilə yaranacaq - "Azəriqaz"

"SmartElektroniks" MMC tərəfindən "Azəriqaz" İstehsalat Birliyinin AGİS sisteminin yeni verilənlər bazasına keçirilməsi işləri icra olunacaq.

“Azəriqaz” İstehsalat Birliyindən "Operativ Media"ya verilən məlumata görə, qeyd olunan səbəbdən ödəniş sistemi 02.03.2024-ci il saat 22:00-dan 03.03.2024-cü il saat 12:00-dək abonentlər üçün əlçatmaz olacaq.

“Abonentlərdən bu müddət ərzində ödəniş etməmələri (smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş olunur”, - deyə bildirilib.

Digər xəbərlər