Ramanada evdə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Ramanada evdə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində fərdi evdə yanğın baş verib.

FHN-dən "Operativ Media"ya verilən xəbərə görə, baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

16:58

Ramanada evdə yanğın baş verib.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində fərdi evdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Digər xəbərlər