Ramazandan sonra üçün şadlıq saraylarında yer tapmaq müşkülə çevrilib - ARAŞDIRMA

Redaksiya
Ramazandan sonra üçün şadlıq saraylarında yer tapmaq müşkülə çevrilib -  ARAŞDIRMA

Ramazan ayının bitməsinə sayılı günlər qalıb. Bu ay boyunca bir sıra restoran və şadlıq evlərində toy mərasimləri keçirilmədiyindən, Ramazan ayı bitəndən sonra restoranlarda canlanma müşahidə olunur. Bəs qiymətlər dəyişəcəkmi?

“Operativ Media”ya açıqlama verən restoran meneceri Cabbar Şükürov bildirib ki, orucluqdan sonrakı günlər üçün rezervasiyalar artıb.

“Rezervasiyalar var. Ramazan boyunca yazılanlar çox oldu. Elə həftə var ki, tamamilə doludur. Aprel ayının 14-dən 24-nə qədər bütün tarixlər tutulub. Ramazandan sonrakı 20 günün hamısı rezerv edilib. Əsasən vətəndaşlar tarixləri 5-ci gün və həftə sonları üçün rezerv ediblər. Amma, tələb çox olduğundan həftə içi olan günlər də toylarımız var".

Menecerlerin sözlərinə görə, qiymətlərdə də artım var.

“Keçən illə müqayisədə qiymətdə fərqlər var. Tələb çox olanda qiymətdə də artım olur. Keçən il menyuları 40-45 manatdan təklif edirdiksə, indi 50 manatdan aşağı menyu yoxdur. Xüsusilə ətin qiymətinin artması qiymətlərə təsir edib. Əgər məhsullar bahalaşsa, qiymət də artacaq. Bəzi müştərilər menyuda çeşidi azaldır, onda qiymətlər nisbətən aşağı düşür. Salatların, içkilərin azaldılması qiymətlərə az təsir edir. Əsas isti yeməklər qiymətlərə təsir edir. İsti yeməkləri azaltmağa isə üstünlük vermirik. Toy sahibi ilə sonradan narazılıqlar yaranır”.

Digər xəbərlər