Gəncədə yaşayış binasında yanğın söndürülüb, xəsarət alan var - YENİLƏNİB

admin
Gəncədə yaşayış binasında yanğın söndürülüb, xəsarət alan var - YENİLƏNİB

Gəncədə yaşayış binasında yanğın söndürülüb.

"Operativ Media" xəbər verir ki, Heydər Əliyev prospekti bina 3 ünvanında yerləşən, 3 mərtəbəli binanın dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Binanın dam örtüyünün 300 kvadratmetr sahəsi yanıb, 50 nəfər bina sakini təxliyə olunub.

Hadisə zamanı həyəcanlanan və özlərini pis hiss edən bir neçə sakinə tibbi yardım göstərilib. Yanğın zamanı 1971-ci il təvəllüdlü A.Tanrıverdiyev isə əlindən yüngül xəsarət alıb.

Hadisənin başvermə səbəbi araşdırılır.//APA//

***

23:15

Gəncədə yanğın hadisəsi baş verib.

"Operativ Media" xəbər verir ki, yanğın Heydər Əliyev Prospektində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.

Belə ki, sözügedən binada anidən yanğın başlayıb.

Əraziyə dərhal FHN-nin yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

Bina sakinləri təxliyə edilir.

Digər xəbərlər