Füzulidə baş verən yol qəzasında iki hərbçi ölüb - YENİLƏNİB

Nərmin Qocamanlı
Füzulidə baş verən yol qəzasında iki hərbçi ölüb - YENİLƏNİB

Füzulidə yol qəzasında ölən şəxslərin hərbçi olduqları məlum olub.

"Operativ Media" xəbər verir ki, bu gün səhər saatlarında Füzuli rayonunun Fin şəhərciyi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı həlak olan şəxslərin Azərbaycan Ordusunun zabitləri olduğu bildirilir.

Kapitan Araz Nəzərov və baş leytenant İlkin İmdadlı Vətən müharibəsinin iştirakçıları olub.

 

***

09:16

Dekabrın 21-də səhər saatlarında Füzuli rayonu Fin şəhərciyi yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, 1984-cü il təvəllüdlü Araz Nəzərov idarə etdiyi “Mersedes” markalı avtomobili aşırması nəticəsində özü və sərnişini 1989-cü il təvəllüdlü İlkin İmdadlı hadisə yerində həyatlarını itiriblər. 

Faktla bağlı araşdırna aparılır.

Digər xəbərlər