İtaliya polisi transplantasiya gözləyən böyrək xəstələri üçün maraqlı proqram tətbiq edib.
"Operativ Media" The Guardian"a istinadən xəbər verir ki, İtaliya polisi bir-birindən çox uzaq məsafələrdə olan donor və transplantasiya edilən xəstələrə böyrəkləri çatdırmaq üçün xüsusi hazırlanmış "Lamborghini" avtomobilindən istifadə edib.
Donorlara və transplantasiya gözləyən xəstələrə böyrək çatdırmaq üçün xüsusi olaraq hazırlanmış Lamborghini Huracan model idman avtomobilini idarə edən polis, "Ən gözəl Milad hədiyyəsi olan həyatı çatdırmaq yolundayıq " deyib.
Orqanlar İtaliyanın şimal-şərqindəki Padua şəhərindən Modena, sonra isə Roma xəstəxanalarına aparılıb.
Sözügedən lüks avtomobil 2017-ci ildə "Lamborghini" tərəfindən polisə hədiyyə edilib.
Həm normal polis əməliyyatlarında, həm də təcili qan və orqan transplantasiyasında istifadə edilən avtomobildən ölkənin şimalındakı Bolonya şəhərində də şose patrullarında istifadə edilib.






