Menyu

Roskosmos: "Rusiya-Çin layihəsi hər kəs üçün açıqdır"

Nərmin Qocamanlı
Roskosmos: "Rusiya-Çin layihəsi hər kəs üçün açıqdır"

"Ayın tədqiqi üzrə Rusiya-Çin layihəsi hər kəs üçün açıqdır və bütün dünya üçün əvəzsiz nəticələr verəcək".

"Operativ Media" xəbər verir ki, bunu Roskosmos dövlət qabaqcıl proqramlar və elm şirkətinin baş direktoru Aleksandr Bloşenko bildirib.

“Ayın tədqiqi iddialı bir işdir. Böyük maliyyə və insan resursları tələb etdiyi üçün onu tək dövlət həll edə bilməz. Rusiya-Çin layihəsinin özəlliyi ondan ibarətdir ki, o, bütün maraqlı iştirakçılar üçün açıqdır. Rusiya həmçinin daha çox kosmik tədqiqatlar və uzun məsafəli uçuşlar üzərində işləyir", - o Rusiyanın sədrliyi ilə Moskvada keçirilən BRİKS-ə üzv ölkələrin kosmik agentlikləri rəhbərlərinin iclasında deyib.

 

Teqlər:

"Roskosmos: \"Rusiya-\u00c7in layih\u0259si h\u0259r k\u0259s \u00fc\u00e7\u00fcn a\u00e7\u0131qd\u0131r\""

Əlaqəli Xəbərlər