Menyu

COP29-la bağlı Bakıya gələn qonaqlar hotellərdə gecələmək üçün nə qədər ödəniş edəcəklər?

Redaksiya 24551 baxış
COP29-la bağlı Bakıya gələn qonaqlar hotellərdə gecələmək üçün nə qədər ödəniş edəcəklər?

COP29-a ev sahibliyi edəcək ölkə olan Azərbaycan bu gün vahid onlayn rezervasiya platformasını təqdim edib.

Platforma iştirakçılara noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Konfransında iştirak üçün hotel və digər yerləşmə vasitələrini rezerv etməyə imkan verəcək.

“Operativ Media” COP29 günləri boyunca qonaqların gecələmə üçün nə qədər pul xərcləyəcəyini araşdırıb. 

Belə ki, rezervasiya platforması bu gün saat 17:00-dan etibarən bronlar üçün https://cop29 accommodation.bnetwork.com ünvanında açılıb. Saytda 2, 3, 45 ulduzlu hotellər eyni zamanda apartmentlərdən yerlər təklif olunur.

İki ulduz hotellərin bir gecəlik qiymətləri 59 dollardan başlayır. Tədbirin altı gecə olduğunu nəzərə alsaq, gələn qonaq bir həftə üçün 354 dollar ödəməlidir. Bununla yanaşı mərkəzə yaxın ərazilərdə olan iki ulduz hotellərin qiyməti 206 dollar təşkil edir. Həftəlik qiymət isə 1236 dollardır.

Üç ulduz hotellərin gecəlik qiyməti isə 118 dollardan başlayır. Mərkəzə yaxın 3 ulduz hotellər isə 306 dollara təklif edilir.

Dörd ulduz otəllərin qiyməti isə 5 ulduzlulara yaxındır. Qiymətlər bir gecə üçün 294 dollardan başlayır. Şəhər mərkəzinə yaxın hotellər üçün qiymətlər 518 dollaradır.

Beş ulduz otellərdə gecəlmək istəyən qonaqlar bir gecə üçün minimum 1208 dollar, həftəlik isə 7248 dollar ödəməlidir. Bahalı hotel üçün isə günlük 2205, həftəlik 13 200 dollar lazımdır.

Apartmentlərin qiyməti isə standart olaraq bir gecəlik 130 dollardır. Təklif edilən evlər əsasən Atletlər kəndində və "See Breeze" istirahət zonasında yerləşir.

 

Bunu da oxu: COP29 vahid onlayn rezervasiya platforması təqdim edilib

Teqlər:

"COP29-la ba\u011fl\u0131 Bak\u0131ya g\u0259l\u0259n qonaqlar hotell\u0259rd\u0259 gec\u0259l\u0259m\u0259k \u00fc\u00e7\u00fcn n\u0259 q\u0259d\u0259r \u00f6d\u0259ni\u015f ed\u0259c\u0259kl\u0259r?"

Fotogalereya

Əlaqəli Xəbərlər