24 May 2024, 12:32
AQTA: 42 ticarət və 75 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb
AQTA: 42 ticarət və 75 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb şəkil
AQTA: 42 ticarət və 75 ictimai iaşə müəssisəsində pozuntular aşkarlanıb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar ötən 2 gün ərzində 46 ticarət və 75 ictimai iaşə müəssisəsində monitorinq keçirib.

AQTA-dan "Operativ Media"ya verilən məlumata görə, monitorinqlər zamanı 42 ticarət və 75 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Monitorinqlər zamanı aşkarlanmış nöqsanlara qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması,məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması, izləmə sisteminin (QR kod) tətbiq olunmaması, mal qonşuluğu prinsipinin pozulması, temperatur rejiminə riayət olunmaması aid olub. Həmçinin süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması, istifadə müddəti bitmiş, Azərbaycan dilində markalanması, etiket məlumatları və mənşəyi məlum olmayan məhsulların mövcud olması, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmaması, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi və sanitar geyimlə təmin olunmaması bəlli olub.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.

Son xəbərlər
Azərbaycanda büdcə xərclərinin proqram təsnifatı genişləndirilib
Son altı ayda əlilliyi olan 8,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib
"Karvan" yeni baş məşqçisini açıqladı
DYP sürücülərə xəbərdarlıq edib
"Qarabağ"ın rəqibi müəyyənləşir
Magistratura, rezidentura və kolleclərə tələbə qəbulu nəticələrinin elmi-statistik təhlilinin müzakirəsi keçirilir
Birinci Qarabağ müharibəsində itkin düşən daha bir hərbçi dəfn olunacaq
Yasamalda “BMW” yanıb - VİDEO
16 İyul 2025, 10:38