02 İyun 2024, 16:30
Şahbuzda 82 mm-lik minaatan mərmisi tapılıb
Şahbuzda 82 mm-lik minaatan mərmisi tapılıb şəkil
Şahbuzda 82 mm-lik minaatan mərmisi tapılıb

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şahbuz rayonu Daylaqlı kənd ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Operativ Media"ya verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin minalardan təmizləmə üzrə pirotexnik qrupu hadisə yerinə cəlb edilib.

Ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın 1 ədəd 82 mm-lik minaatan mərmisi olduğu müəyyən olunub.

Sursat pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Son xəbərlər
ABŞ-da güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb
Göyçayda mənzildə meyit aşkarlanıb - YENİLƏNİB