Misirdə ildə 70 minə qədər "Lada" avtomobili istehsal olunacaq
Nərmin Qocamanlı
Misir gələn ildən başlayaraq "Lada" avtomobillərinin istehsalına başlamaq qərarına gəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə Misirin ticarət və sənaye naziri Əhməd Samir bildirib.
O qeyd edib ki, bu yaxınlarda Rusiyanın avtomobil istehsalçısı "AvtoVAZ" şirkəti "Lada"nın Misirdə yığılmasına icazə alan "GV Investments" ilə müqavilə imzalayıb.
“Şirkətimiz Tarbul şəhərində 200 min kvadratmetr sahəsi olan avtomobil yığma zavodu yaradır. Yeni fabrikin Misirin ən böyük avtomobil yığım müəssisələrindən biri olacağı gözlənilir, istehsal gücü ildə 50-70 min avtomobil olacaq", - o deyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net