Türkiyənin milli təyyarələri İngiltərədə nümayiş etdiriləcək
Nərmin Qocamanlı
"Turkish Aerospace Industries" (TUSAŞ) tərəfindən hazırlanan HÜRJET və GÖKBEY 22-26 iyul tarixlərində dünyanın aviasiya, müdafiə və kosmik sənayenin ən nüfuzlu tədbirlərindən biri olan "Farnborough Airshow"da nümayiş etdiriləcək.
"Operativ Media" xəbər verir ki, tədbir çərçivəsində Türkiyə müdafiə və aviasiya sənayesinin milli təyyarələri xaricə ilk uçuşlarını edəcək. Türkiyə təyyarələri 4 uçuş həyata keçirəcək.
Reaktiv təlim və yüngül hücum missiyalarını yerinə yetirə bilən çoxməqsədli bir təyyarə olaraq ilk missiyasına hazırlaşan HÜRJET-in bu il 3-5 sentyabrda keçiriləcək Misir Beynəlxalq Hava Sərgisi çərçivəsində nümayiş uçuşu da etməsi planlaşdırılır.
Axtarış-xilasetmə, VIP nəqliyyat, sağlamlıq xidmətləri və hərbi missiyalar kimi müxtəlif məqsədlər üçün istifadə oluna bilən GÖKBEY vertolyotu çox yönlü bir ümumi təyinatlı helikopter olaraq fərqli ehtiyacları qarşılaya bilir.
HÜRJET "Farnborough Airshow"da nümayiş uçuşunda yüksək G qüvvəsi manevrləri, sürətli dırmaşma və dalış və uçuş dinamikasından nümunələr verəcək. GÖKBEY həm də manevr qabiliyyətini və sabit uçuş performansını nümayiş etdirəcək.
Teqlər:
"T\u00fcrkiy\u0259nin milli t\u0259yyar\u0259l\u0259ri \u0130ngilt\u0259r\u0259d\u0259 n\u00fcmayi\u015f etdiril\u0259c\u0259k"