Menyu

Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

Nərmin Qocamanlı
Azad olunmuş ərazilərdə xeyli silah-sursat aşkarlanıb

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevirilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
 
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icrasını davam etdirirlər.

Həyata keçirilən tədbirlərlə 1-7 iyun tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 15 avtomat silahı, 3 pulemyot, 2 tapança, 10 tüfəng, 16 qumbara, 3 qumbara atan, 1 mina atan, 20 alışdırıcı, 2 trotil, 90 patron darağı, 2505 ədəd müxtəlif çaplı patron, 10 ədəd süngü-bıçaq, 1 gecəgörmə cihazı və digər sursatlar, Kəlbəcər rayonu ərazisindən isə 1 ədəd qumbara, 2 alışdırıcı, 1 ədəd patron darağı, 1 süngü-bıçaq və 2 rabitə vasitəsi aşkar olunaraq götürülüb.

Polis əməkdaşları tərəfindən Xocalı şəhəri ərazisində yabanı halda bitmiş, 237 kiloqram çəkidə 423 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Teqlər:

"Azad olunmu\u015f \u0259razil\u0259rd\u0259 xeyli silah-sursat a\u015fkarlan\u0131b"

Əlaqəli Xəbərlər