"Qafqaz Qartalı - 2024” təlimində gecə vaxtı tapşırıqlar icra edilib
Nərmin Qocamanlı
Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” təlimi davam edir.
"Operativ Media" MN-ə istinadən xəbər verir ki, təlimin planına uyğun olaraq, hər üç ölkənin xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
"Qafqaz Qartalı - 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.
Teqlər:
"\"Qafqaz Qartal\u0131 - 2024\u201d t\u0259limind\u0259 gec\u0259 vaxt\u0131 tap\u015f\u0131r\u0131qlar icra edilib"