Menyu

Türkiyə Somalidəki terror aktını qınayıb

Türkiyə Somalidəki terror aktını qınayıb

Türkiyə Xarici İşlər Nazirliyi Somalinin Əl-Dheer şəhərində törədilən terror aktını pisləyib və başsağlığı mesajı dərc edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Nazirlikdən yazılı açıqlama verilib.

Açıqlamada Somalidə törədilən terror aktı nəticəsində ölən və yaralananların olduğu barədə məlumat verildiyi qeyd edilib.

Bəyanatda terror aktı ən sərt şəkildə pislənilib, həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına, Somali xalqına və hökumətinə başsağlığı, yaralananlara isə tezliklə şəfa dilənib.

"Türkiyə terrorla mübarizədə Somalinin yanında olmağa davam edəcək", - məlumatda əlavə edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər