ESA: Rusiya Ayda Çinlə əməkdaşlıqdan imtina edir
Nərmin Qocamanlı
Avropa Çinin rəhbərlik etdiyi Beynəlxalq Ay Tədqiqat Stansiyası (ILRS) layihəsində iştirak etməyəcək.
"Operativ Media" xəbər verir ki, bunu Avropa Kosmik Agentliyinin (ESA) beynəlxalq əlaqələr üzrə meneceri Karl Berqquist "SpaceNews"a bildirib.
İcra başçısı Avropanın ILRS layihəsi üzrə Çinlə əməkdaşlıqdan imtinasının səbəbini belə izah edib:
“ESA ILRS üzrə əməkdaşlıq etməyəcək, çünki bu, Çin-Rusiya təşəbbüsüdür və hazırda Rusiya ilə kosmik əməkdaşlıq embarqo altındadır”.
Qeyd edək ki, daha əvvəl Rusiya prezidenti Vladimir Putin Çinlə ILRS birgə beynəlxalq elmi Ay stansiyasının yaradılması haqqında sazişi təsdiqləyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net